Search
Home >> Məhsullarımız >> Beton əlavələri

Qatqı sistemləri 

Qatqı sistemləri şöbəmiz xüsusilə aşağıda adları sadalanan beton əlavələri ilə müştərilərinə xidmət göstərir:    

Əmtəə beton əlavələri

Təklif etdiyimiz qatqılar mürəkkəb  arxitektura layihələrinin həyata keçirilməsi üçün ilkin şərt olan yüksək möhkəmlikli, davamlı betonun istehsalına kömək edir. Bu qatqılar qatışığın vibrasiya vasitəsilə sıxlaşdırılmasına olan ehtiyacı aradan götürür, betonun axıcı olmasına imkan verərək onun istifadə müddətini uzadır və istifadəsini asanlaşdırır, betonun bərkimə prosesinə kömək edir, betonun tərkib hissələrinin ayrılmasına mane olur, bərkidikdən sonra betonun səthinin hamar və təmiz olmasını təmin edir və tikilinin istismar müddətinin son dərəcə uzun olmasını təmin edir.

Təklif etdiyimiz məhsullar çeşidinə Pozzolithâ seriyalı axışqanlaşdırıcılar, Rheobuildâ seriyalı superaxışqanlaşdırıcılar kimi əsas məhsul növləri və bizim ən son yeniliyimiz olan Gleniumâ texnologiyası daxildir. Smart Dynamic ConstructionÔ əmtəə betonu sənayesində enerji səmərəliliyinin artırılmasını, betonun daha yüksək möhkəmliliyinin və CO2 missiyalarını azaltmaq və vaxta və vəsaitə qənaət etmək üçün tikinti prosesinin daha da yaxşılaşdırılmasını əldə etməyə imkan verən bizim ən yeni konsepsiyamızdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yığma dəmir-beton əlavələri

Planlaşdırmanı asanlaşdırdığına və tikinti prosesini sürətləndirdiyinə görə yığma dəmir-beton elementlərin istifadəsi getdikcə daha geniş yayılmaqdadır. Bu günə kimi betonu vibrasiya üsulu vasitəsilə kipləşdirmək və bərkimə prosesini buxara vermə vasitəsilə sürətləndirmək üçün böyük miqdarda enerji sərfiyyatı tələb olunurdu. Lakin Sıfır Enerji Sistemi bu istehsal prosesində inqilabi dönüş yaratdı: Glenium â ACE və Rheodynamic Ô özüsıxlaşan beton texnologiyasını birləşdirməklə, beton məhlulu vibrasiyasız və təbəqələrə ayrılmadan avtomatik surətdə axır və sıxlaşır.

 

Bundan əlavə, bərkimə prosesi surətləndirilmiş olduğuna görə buxarla emal lazım olmur. Bu isə enerji sərfiyyatını və texniki avadanlığa olan tələbatı azaltmaqla, eyni zamanda məhsuldarlığın artırılmasını və işin təhlükəsizliyinin yaxşılaşdırılmasını təmin edir.


Havaqovuşdurucu beton əlavələri

Betonun tərkibində hava miqdarını artırmaq məqsədlə istifadə  olunan  qatqıdır. Donma-ərimədə betonun çatlamaması üçün tərkibində hava faizinin çoxaldılması tələb olunduğu üçün bu qatqıdan istifadə edilir

 

Sukeçirimsiz beton üçün əlavələr

Betonun sukeçirimsizlik qabliyyətini artıran əlavədir.Su hovuzlarının beton konstruksiyalarında istifadə olunur. Başqa qatqılarla birlikdə istifadə oluna bilər

 

Sudabərkiyən beton əlavələri

Sualtı beton işlərində beton tökülərkən onun dağılmasının və yuyulmasının qarşısını alır 

 

Hazır beton məmulatları üçün əlavələr

Yığma dəmir-beton elementlərdən fərqli olaraq, hazır beton məmulatları tökmə üsulu ilə deyil, presləmə üsulu ilə hazırlanır: bir neçə saniyə ərzində quru torpaq beton məhlulu, məsələn, kvadrat metr döşəmə daşlarına çevrilir. Son məhsul öz formasını qəlibsiz olaraq dərhal tutmalıdır. Bizim İstehsalın Səmərəlilik Üsulundan istifadə etməklə, biz laboratoriyada kompleks istehsal prosesini bərpa edir və onu sistematik olaraq istehsal tempini azaltmadan təhlil edirik. Bu qiymətləndirmə üsulu çoxillik təcrübəmizlə birlikdə bizə beton qatışıqlarını optimallaşdıran qatqılar təklif etməyə imkan yaradır – .istehsal etdiyimiz RheoFITâ seriyalı məhsullar hazır

 
beton məmulatları sənayesinin spesifik ehtiyaclarını təmin etmək üçün yaradılmışdır

Sement məhlulu üçün əlavələr

Sement məhlullarının bir çox keyfiyyətlərini artırmaq, donma-ərimədə çatların əmələ gəlməməsi  üçün uzun müddətli işlənəbilən qatqıdır.


Hidratasiya tezləşdirici (gış) / gecləşdirici (yay) beton əlavələri

Qış aylarında əmtəə betonun tökülməsi zamanı betonun donmasının qarşısını almaq ve onun tez priz almasını təmin etmək üçün istifadə edilən qatqılardır.


Yeraltı inşaatda istifadə olunan əlavələr

Yeraltı qurğuların və tunellərin tikintisi üçün biz mühəndislərə bütün tikinti prosesi ərzində texniki dəstəyi təmin edən sifarişə uyğun olaraq hazırlanmış maşın avadanlığı və məhsul sistemlərini təchiz edirik. Bizim MEYCOâ seriyalı məhsul çeşidi ilə, biz tunellərin qazılmasında istifadə etmək üçün məhsullar, həmçinin, torkret-beton tətbiq sahələri üçün qatqılar və avadanlıq təklif edirik. Bu avadanlığa lazer şüası ilə yönəldici qurğusu olan Meyco Logica tozlandırıcı manipulyatoru daxildir. Logica, həmçinin, bizim məhsulu, yanğına qarşı davam gətirən və hətta son dərəcə yüksək temperaturlara məruz qaldığı

 

halda belə tikilini saatlarla zədələnməmiş saxlaya bilən tozlandırma üsulu ilə vurulan Fireshield 1350 istilik izolyasiya təbəqəsini tətbiq etmək üçün istifadə edilə bilər. Bu, nəinki yanğından sonra ikinci dərəcəli əlavə zədələnmələri xeyli azalda, lakin çox ehtimal ki, hətta insanların həyatını da xilas edə bilər.

Product A to Z Search
* B C D E F G I İ K M P R S W Y М
DisclaimerCreditsData ProtectionCopyright BASF SE 2008
BASFCC.Moss.Core.wsp 1.0.0.872 - S:37 T:07.02.2012 21:23:44