Search
Home >> Məhsullarımız >> İnşaat sistemləri

İnşaat Sistemləri  

İnşaat Sistemləri şöbəmiz xüsusilə aşağıda adları sadalanan inşaat materialları ilə müştərilərinə xidmət göstərir və geniş çeşiddə məhsullar və texniki həll yolları təklif edir:

İdman, xəstəxana, qaraj, ev, ofis və sənaye sahələrində dam və döşəmə örtük sistemləri

Məktəblər, əməliyyat otaqları, avtomobil dayanacaqları və yaxud stadionlar üçün nəzərdə tutulmuş müxtəlif çeşidli döşəmə örtükləri bütün tələblərə cavab verir. Conica  idman meydançaları üçün döşəmə örtükləri və nişanlama xəttləri ekoloji baxımdan təhlükəsiz, dağılmaya və köhnəlməyə qarşı davamlıdır. Bizim Mastertop seriyalı məhsullar çeşidində dekorativ və sənaye təyinatlı tətbiq sahələri üçün epoksid və poliuretan əsaslı döşəmə sistemləri təklif edilir, Ucrete Poliuretan döşəmə örtükləri isə gigiyenik tələblər baxımdan  kimyəvi, termal və ya mexaniki yüklərin yüksək olduğu tətbiq sahələri üçün düzgün seçimdir.

 

Su izolyasiya sistemləri

Təklif etdiyimiz su izolyasiya sistemləri yaşayış yerlərini və aşağı səviyyədə yerləşən avadanlığı zədələnmədən qorumaq məqsədilə suyun səthlərdən keçərək daxil olmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Bitum və sement əsaslı su izolyasiya məhsullarından başqa biz çiləmə və əl üsulu ilə tətbiq edilən poliuretan və poliaspatik əsaslı membran sistemlərini təklif edirik. Dam örtüklərini qorumaq üçün təklif etdiyimiz universal Coniroof membran sistemləri bütün əsas dam örtüyü növləri və layihələr üçün uyğundur. Bundan başqa, biz avtomobil dayanacaqlarında, yol ötürücüləri inşaatında, rezervuarlarda və ikinci qoruyucu örtükdə, həmçinin zirzəmilərdə, yeraltı və sualtı qurğu və tikililərdə istifadə etmək üçün əlverişli olan xüsusi texniki həll yolları təklif edirik.

 

İstilik izolyasiya sistemləri və xarici üzlük qoruyucuları

Multitherm, HECK  və Senergy  seriyalı məhsullar çeşidi ilə biz bir sistemdə birləşmiş divarların izolyasiyasını, tamamlanmış səthini və sukeçirməzliyini təmin edən xarici izolyasiya və tamamlama sistemlərini (EIFS) təklif edirik. Bu çoxtəbəqəli panellər binaların az enerji sərfi ilə isidilməsinə və sərinləşdirilməsinə kömək etməklə yanaşı, həm də onları yanğından effektiv şəkildə müdafiə edir. Bundan başqa, bizim məhsullar kərpic hörgülərin qurudulmasından və ornamentlərin bərpasından başlayaraq gildən hazırlanmış suvaqların vurulması və rəngləmə işlərinə kimi olan bütün bərpaetmə prosesini əhatə edir. Sukeçirməyən və havakeçirən örtüklər binaların gözəlliyini illər boyu qoruyub saxlayır.

 

 

Seramik, təbii daş və universal yapışdırıcılar

İstehsal etdiyimiz geniş çeşidli üzlük plitə yapışdırıcı məhsulları seramik plitələrin, lövhələrin və təbii daş məhsullarının hamar döşənməsini və əla adgeziyasını təmin edir. Bizim mütəxəssislər hansı kipləşdirici materialların elastikliyi daha yaxşı təmin etdiyini və hansı məhsulların dağılmaya və köhnəlməyə qarşı təmizlənməyə və iqlim şərtlərinə daha güclü müqavimətli olduğunu bilirlər. Daimi inkişaf və yeniliklər bizim məhsulların daha da davamlı, elastik və qənaətli olmasını təmin edir. Biz tikililəri Nano səviyyəsində inşa etməyə imkan verən resepturaları yaratmaq məqsədilə sementin Nano miqyasında hidratasiyasını tədqiq edirik. İstehsal etdiyimiz məhsullar çeşidinə başqa materiallarla yanaşı PCI Nanofug® bitişik yerləri üçün universal sement məhlulu, PCI Nanolight® bütün növ əsaslar və keramik örtüklər üçün yapışdırıcı mastika, həmçinin, PCI Nanosilent® zərbə səslərini azaltmaq üçün özüyayılan izolyasiya məhlulu daxildir

 

Mastiklər, germetlər və dərz dolğuları

İstehsal etdiyimiz geniş çeşidli üzlük plitə yapışdırıcı məhsulları seramik plitələrin, lövhələrin və təbii daş məhsullarının hamar döşənməsini və əla adgeziyasını təmin edir. Bizim mütəxəssislər hansı kipləşdirici materialların elastikliyi daha yaxşı təmin etdiyini və hansı məhsulların dağılmaya və köhnəlməyə qarşı, təmizlənməyə və iqlim şərtlərinə daha güclü müqavimətli olduğunu bilirlər. Daimi inkişaf və yeniliklər bizim məhsulları daha da davamlı, elastik və qənaətli olmasını təmin edir. Biz tikililəri Nano səviyyəsində inşa etməyə imkan verən resepturaları yaratmaq məqsədilə sementin Nano miqyasında hidratasiyasını tədqiq edirik. İstehsal etdiyimiz məhsullar çeşidinə başqa materiallarla yanaşı PCI Nanofug® bitişik yerləri üçün universal sement məhlulu, PCI Nanolight® bütün növ əsaslar və keramik örtüklər üçün yapışdırıcı mastika, həmçinin, PCI Nanosilent® zərbə səslərini azaltmaq üçün özüyayılan izolyasiya məhlulu daxildir.

 

Germetiklər iki və ya daha artıq özül arasında olan birləşmə yerlərini və deşikləri bərkitmək üçün istifadə edilir. Bu materialların əsas təyinatı özüllərin məhdudlaşdırılmış hərəkətinə imkan verməklə havanın, suyun və digər ətraf mühit elementlərinin tikiliyə daxil olmasına və ya çıxmasına mane olmaqdan ibarətdir. Təklif etdiyimiz germetiklər silikon, poliuretan, qarışıq və polisulfid əsaslı və pəncərələr, dam örtüklərinin kənar hissələri kimi müxtəlif arxitektura tətbiqləri, həmçinin su və çirkab sularını təmizləyici qurğularda istifadə etmək üçün uyğun olan materiallardır. Bizim məhsullar çeşidinə qeyri-adi birləşmə yerləri üçün nəzərdə tutulmuş sudan şişən aralıq qatları, çox davamlı kipləşdirici lentlər, həmçinin betonda soyuq birləşmələr üçün injeksiya şlanqının sukeçirməyən sıxlaşdırıcı sistemləri daxildir.Genişlənməni və sıxılmanı udmaq üçün səkilər, körpülər, dəmir yollar və boru kəməri sistemləri temperatur tikişləri ilə təchiz edilməlidir. BASF şirkətinin Tikinti üçün Kimyəvi Materiallar bölməsinin tərkibinə daxil olan Watson Bowman Acme Corporation genişlənməyə nəzarət sahəsində sifarişə əsasən hazırlanmış fərdi texniki həllər təklif olunur. İstər körpülər üçün tələb olunan seysmik kəşfiyyat məlumatlarına əsasən layihələşdirilmiş birləşmə sistemləri, istər binalarda yanğından mühafizə üçün tələb olunan temperatur tikişləri, istərsə də avtomobil dayanacaqları üçün tələb olunan su keçirməyən temperatur tikişləri olsun – biz müştərilərimizin layihə üzrə konkret ehtiyaclarını təmin etmək üçün müvafiq ixtisasa və təcrübəyə malikik.


Təmir və gücləndirmə sistemləri

İstehsal etdiyimiz məhsullar çeşidinə Emaco seriyalı beton məmulatların təmiri üçün məhlullar, korroziyaya qarşı maddələr, həmçinin konstruksiya elementlərini gücləndirmək üçün məhlullar, katod müdafiə sistemləri və qabaqcıl paya inkapsulyasiya (advanced pile encapsulation) daxildir. Biz müxtəlif ölçülü, o cümlədən, ənənəvi üsullardan istifadə etməklə doldurulması üçün çox narın olan çatların içərisinə yeridilə bilən polimer təmir qatranlarını təklif edirik. İstər təmirə ehtiyacı olan binaların binövrəsi, damı, balkonu, istərsə də körpü, tunel, yol inşaatında biz müştərilərə kompleks həll üsulları təklif edirik. İstehsal etdiyimiz Concresive seriyalı məhsullar çeşidinə konstruksiya elementlərində çatların təmiri üçün epoksid əsaslı injeksiya qatranları və aktiv su sızmalarının qarşısını almaq üçün poliuretan injeksiya qatranları daxildir. Çatların elastik doldurulması, həmçinin yüklənmənin bölüşdürülməsi tələb olunan hallar üçün texniki həll yollarımız mövcuddur.

 

 

 

Sementləmə və anker sistemləri

Sement məhlulları konstruksiya elementlərinin sabitləşdirilməsi və suyun təcrid edilməsi məqsədilə istifadə edilən universal inşaat materiallarıdır. Bu materiallar təkcə divarlara və tunellərə deyil, həm də çayların sahilində və bəndlərə tətbiq edilir. Biz dəqiq maşın avadanlığı, sementləmə və ankerləmə işləri üçün nəzərdə tutulmuş sementləyici və polimer əsaslı sementləmə materiallarının tam seriyasını təklif edirik. İstehsal etdiyimiz məhsulların nomenklaturasına Masterflow® seriyalı çox dəqiq və tikinti sement məhlulları ilə yanaşı, başqa materiallarla bərabər suyun təcrid edilməsi üçün injeksiya sement məhlulları da daxildir. Bundan əlavə, biz bütün növ tətbiq sahələri üçün xüsusi texniki həllər təklif edirik, məsələn, dəmir yol xəttlərinin sementlənməsi və yaxud avadanlığın sement məhlulu ilə bərkidilməsi.

 

Beton məmulatlar üçün təmir və qoruyucu materiallar

Dəyişən iqlim şərtləri və ekoloji çirklənmə binalara öz təsirini göstərir. Biz əllə və yaxud tozlandırma üsulu ilə tətbiq ediləbilən beton məmulatlar üçün təmir və qoruyucu materialların vasitəsilə binaların istismar müddətinin uzadılmasına kömək edirik. Tozlandırma üsulu ilə tətbiq edilə bilən Mastersealâ seriyalı su izolyasiya membranı təklif edirik ki, bu material da “sandviç” tipli konstruksiyalarda torkter-beton və ya monolit tökmə beton örtüklərin arasında tətbiq edilə bilər və nisbətən yüksək su təzyiqinə müqavimət göstərir.

 

Taxta məmulatlarını qorumaq üçün vasitələr

Taxta məmulatların təbii gözəlliyini və funksionallığını uzun illər boyu saxlamaq üçün aşınmaya və parazitlərin dağıdıcı təsirinə qarşı effektiv müdafiə tələb olunur. BASF şirkətinin Tikinti üçün Kimyəvi Materiallar bölməsinin tərkibinə daxil olan Dr. Wolman GmbH materialların saflaşdırıcı emalı vasitəsilə emal edilməsindən başlayaraq yanğından müdafiə edilməsinə kimi müxtəlif texniki həllər təklif edir. Məsələn, təklif etdiyimiz vakuumda təzyiq altında emal prosesi vasitəsilə qoruyucu vasitə ağac məmulatların içərisinə dərin və bərabər şəkildə nüfuz etdirilə bilir. Lakin bizim məhsullar və texniki həllər, həmçinin, batırma və ya tozlandırma emal üsulundan istifadə etməklə də effektiv müdafiəni təmin edir.

 

Yanğın əleyhinə materiallar

İnsan və heyvanların həyat və sağlamlıqlarının qorunması və mülkiyyətin, binaların, sənaye qurğularının və nəqliyyat vasitələrinin mühafizəsi texniki təhlükəsizlik tələblərinə uyğun gəlməlidir. 
Bu hüquqi tələblərin yerinə yetirilməsində passiv yanğından mühafizə tədbirləri hazırda əhəmiyyətli rol oynayır. Binanın planlaşdırılması ərzində müvafiq qabaqlayıcı yanğından mühafizə tədbirləri və sonralar həyatakeçirmə mərhələsi binanın tərkib hissələrinin yanğına davamlılıq xüsusiyyətini yaxşılaşdıra  və bununla da yanğın zamanı onların funksiyasını uzun müddət səmərəli şəkildə qoruyub saxlaya bilər. Bu, nəzərəçarpacaq dərəcədə yanğının qarşısını alacaq və onun yayılmasını ləngidəcək və tüstünün bina boyu yayılmasına, yaxud digər binalara keçməsinə imkan verməyəcəkdir. Bununla da həyat və əmlakı xilas etmək naminə aktiv yanğından mühafizə tədbirlərini görmək üçün lazım olan vaxt  imkanı əldə ediləcəkdir

 

 

Product A to Z Search
* B C D E F G I İ K M P R S W Y М
DisclaimerCreditsData ProtectionCopyright BASF SE 2008
BASFCC.Moss.Core.wsp 1.0.0.1 - S:37 T:18.05.2012 0:48:14