BASF - The Chemical Company
BASF mərkəzi Lüdviqshavendə yerləşən dünyanin ən böyük alman kimya şirkətidir. Onun istehsalına kimyəvilər, plastiklər, ixtisaslaşdırılmış məhsullar, inşaat kimyəvi məhsulları, kənd təsərrüfatı üçün məhsullar, incə orqanik sintez kimyəvi məhsulları, xam neft və təbii qaz daxildir.
Etibarlı tərəfdaş olan BASF müştərilərinin bütün sənayə sahələrində daha müvəffəqiyyətli olmasına kömək edir. Təbiətin qorunmasını, sosial cavabdehlik və iqtisadi nailiyyətləri bir yerə cəmləmək prinsipinə sadiq qalaraq şirkət gözəl gələcəyin inkişafına böyük dəstək olur. 2008-ci ildə BASF şirkətində işləyən işçilərin sayı 97 000 və 2008-ci il ümumi satışın həcmi 62 milyard Avro təşkil etmişdir. BASF şirkəti haqqında daha geniş məlumatı www.basf.com internet adresindən öyrənə bilərsiniz.
