Dam örtüyünün hidroizolyasiya membranları – Əllə çəkilən
CONIROOF® hidroizolyasiya sisteminin çəkilməsi aşağıdakı mərhələlərdən ibarətdir:
- Diqqətli təmizləmə və əsasın hazırlanması
- MASTERTOP® P yapışqan tərkibləri vasitəsilə səthə ilkin astar çəkilməsi
- CONIPUR® M hidroizolyasiya membranının səpilməsi və ya əllə çəkilməsi
- CONIPUR® ТС yekun mühafizə qatının çəkilməsi.
Əllə çəkilən örtüklər
Çətin yerlərdə və məhdud sahələrdə çəkilmə üçün nəzərdə tutulub.
- Əlavə qızdırılma olmadan dişli rezin şpatel və fırlanan fırçadan istifadə olunmaqla əllə çəkilmə;
- Qənaətli variant – sahəsi 250 kvadrat metrə qədər olan obyektlər, materiallardan minimum sərf olunmaqla örtülə bilər;
- Örtüyün elastikliyi – deformasiyaya qarşı davamlılıq
Coniroof 2150
Coniroof 2150 sistemi EOTA təşkilatı tərəfindən təsdiq olunmuşdur və DIN 4102, 7-ci hissə standartlarının müddəalarına uyğun olaraq azaldılmış yanma qabiliyyəti tələblərinə cavab verir. Bu sistemə daxil olan membran firlanan fırça və dişli şpatel vasitəsilə çəkilir. Yekun qatı membran olan obyektlər üçün münasibdir.
|
Qat
|
Material
|
Sərfiyyat kq/m2
|
|
Astar çəkilmə
|
Əsasın növündən asılı olaraq seçilir.
|
|
|
Membran
|
CONIPUR M 862 FL / 862 FL Thix
İki komponentli, tərkibində həlledici olmayan, aşağı yanma qabiliyyətli, əllə çəkilən, yüksək elastikli poliuretan membran
|
2,4 – 2,8
|
|
Mühafizə qatı
|
CONIPUR TC 459
Bir komponentli, boyadılmış poliuretan örtük, ultrabənövşəyi şüaların və hava şəraitinin təsirlərinə qarşı davamlıdır.
|
0,15 – 0,20
|