Search
Home >> Məhsullarımız >> İnşaat sistemləri >> Damın hidroizolyasiyası üçün tikişsiz membranlar

Damın hidroizolyasiyası üçün tikişsiz membranlar 

Son illərdə 12 milyon kvadrat metrdən artıq dam örtüyü BASF konserninin hazırladığı CONIROOF® hidroizolyasiya membranları vasitəsilə mühafizə olunmuşdur.
Səpilmə üsulu və əl ilə çəkilən CONIROOF® elastik membranları, təbəqə və rulon materialları əsasında ənənəvi tətbiq olunan hidroizolyasiyalar üçün yeni alternativlər olmuşdur.

CONIROOF® membranlarından istifadə etməklə Siz aşağıdakı üstünlükləri əldə edə bilərsiniz:

  • Materialın çəkilmə sürəti. Səpilmə texnologiyası 1 gündə 700 m2 həcmində hidroizolyasiya membranının çəkilməsinə imkan verir.
  • Sistemin möhkəmliyi. Bitişik yerlərin və ya tikişlərin olmaması, damın hidroizolyasiya örtüyünü xüsusilə müxtəlif çətin həndəsi elementlər olduqda daha möhkəm edir.
  • Yapışma sürəti. Membran çəkildikdən 20 saniyə sonra tam yapışma möhkəmliyini alır; 5-10 dəqiqədən sonra yüngül piyada ağırlığına icazə verilir.   
  • Materialın soyuq üsulla çəkilməsi. Materialın çəkilməsi “odla bağlı işlər” tələb etmir və yanğın təhlükəsi törətmir.
  • Alovlanmaya qarşı davamlılıq. CONIROOF® membranları DIN 4102: hissə 7 və BS 476: hissə 3 standartlarının tələblərinə tam cavab verir.  
  • Dam örtüyünün aşağı çəkisi. CONIROOF® - dam örtüyü üçün az həcmdə yükdür. 1,7-2,2 кq/m2 miqdarında materialın çəkilməsi 1,5-2,0 mm qalınlığında membran əldə olunmasına imkan verir.
  • Təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə tələblərə uyğunluq. CONIROOF® membranların tərkibində uçan üzvi həlledicilər yoxdur və qoxuya malik deyil.
  • Ultrabənövşəyi şüaların təsirinə qarşı davamlılıq.  
  • İstismar olunan dam örtüklərinin hazırlanması imkanı, o cümlədən böyük yük altında.


Product A to Z Search
* B C D E F G I İ K M P R S W Y М
DisclaimerCreditsData ProtectionCopyright BASF SE 2008
BASFCC.Moss.Core.wsp 1.0.0.1 - S:37 T:18.05.2012 1:54:26