18.02.2010
BASF Yeraltı Sistemlərinin Təqdimatı
BASF Kaspian YKS MMC şirkəti, Bakı Metropoliteni İdarəsində 2010-cu il fevral ayının 18-də "BASF Yeraltı Sistemlərinin" təqdimatını keçirdi.


Seminarı giriş sözü ilə BASF Kaspian YKS MMC şirkətinin Baş Direktoru Ümit Nejdet Başdaş açdı.
O, çıxışında Azərbaycanda inşaatın yüksək inkişaf etməsindən, tikinti sahəsinə qoyulan investisiyaların artmasından və son illərdə bu sahədə xüsusi canlanma oldugunu qeyd etdi. Nəhəng sənaye obyektləri ilə yanaşı respublikamızda son illərdə yeraltı tikintilərdə yüksək templə inkişaf edir. Təqdimatda həmçinin müasir yeraltı inşaat ilə bağlı ictimaiyyəti maraqlandıran bir sıra suallarla da aydınlıq gətirildi.

Seminarın işində Bakı Metropoliteni İdarəsinin rəisi cənab Tağı Əhmədov, Türkiyədən gəlmiş yeraltı inşaat sistemləri üzrə mütəxəssis cənab Suat Seven, BASF Kaspian YKS MMC şirkətinin Baş Direktoru Ümit Nejdet Başdaş və Azərbaycanda fəaliyyət göstərən yeraltı tikinti ilə məşgul olan müxtəlif şirkətlərin, firmaların nümayəndələri iştirak etdi.


Top