Search
Home >> Xəbərlər >> Uşaq yaşlarından ətraf mühitə qayğı
07.06.2010 

Uşaq yaşlarından ətraf mühitə qayğı  

Ayın 7-si Sumqayıt şəhərindəki Ekoloji mərkəzdə BASF Kaspian şirkətinin nümayəndələri Azərbaycanın ən kiçik yaşlı vətəndaşları üçün “Planetimizi necə qorumalı” adı altında təlim tədbiri keçirdilər. Təşkilatçılar, təbii ehtiyatlara ehtiyatla davranılmasını və kiçik yaşlardan ətraf mühit problemlərinə qarşı diqqətli olunmasını uşaqlara aşılamağı ekoloji təlimin məqsədi kimi təyin etmişlər. 

 

Məişətdə suyu necə səmərəli istifadə etmək olar? Məişət tullantılarından düzgün qaydada necə istifadə etmək olar? Təbiəti  necə qorumaq olar? Sumqayıt şəhərinin az təminatlı ailələrindən olan 25 istedadlı uşaq əyləncəli oyun formatında ətraf mühitin müdafiəsi üzrə sadə və çox effektiv həll yolları ilə tanış olacaqlar. “BASF Caspian” şirkətinin nümayəndəsi, bu tədbirin təşəbbüsçüsü xanım Könül Tiz hesab edir ki: «Uşaqların hər şeyi öyrənmək istəyi və yeni faydalı məlumatı qavrama bacarığı – bu aksiyanın uğuru üçün əsas faktordur». «Bu gün biz həmçinin uşaqları hazırladığımız ekoloji kitabla tanış edəcəyik. Bu, uşaqlarda təbii ehtiyatların səmərəli istifadəsi üzrə praktiki vərdişlərin yaranmasına yardımçı olur».

 

 

Kitabda əyləncəli, rəngli şəkillər yer almışdır ki, bu da məlumatların mənimsənilməsinə yardım edir, eləcə də təlim vaxtı uşaqların həll etməli olduqları ekologiya üzrə məsələlərin çətinliyinə və qloballığına baxmayaraq əyləncəli oyunun sərbəst atmosferini yaradır. Əlavə olaraq uşaqlar sərbəst surətdə, suyun emalına dair müasir metodların tətbiqi vasitəsilə suyun müxtəlif qatışıqlardan təmizlənməsi üzrə çətin olmayan laboratoriya sınaqlarını aparacaqlar.

 

Dünya kimya sənayesinin lideri olan BASF şirkəti bu tədbirlə Azərbaycanda uşaqlar üçün nəzərdə tutulmuş bir sıra ekoloji proqramların açılışını edir. “BASF Caspian” şirkətinin rəhbəri, cənab Ümit Başdaş qeyd edir ki: “BASF şirkətinin təklif etdiyi yüksək keyfiyyətli məhsulların və “ağıllı” sistemlər iqlimin mühafizəsi, enerjidən səmərəli istifadə, ərzaq məhsullarının istehsalı kimi qlobal məsələlərin həllində çox vacib rol oynayırlar. Buna baxmayaraq, uşaq yaşlarından etibarən insanın ətraf mühitə qayğısı – ekoloji tərbiyə və məlumat məsələsidir. Misal üçün, BASF şirkətinin tikinti materialları ilə bağlı son araşdırmaları karbon qazı tullantısını əhəmiyyətli dərəcədə azaltmaq imkanı yaradır ki, bunun da nəticəsində planetdə parnik effekti azalacaqdır.”

Yaxın gələcəkdə, yay tətili zamanı Sumqayıtın hər bir məktəbində uşaqlar elementar kimyəvi sınaqlar vasitəsilə hansı kimyəvi proseslərin ətraf mühitə müsbət təsir göstərdiyini, planetin rahat “nəfəs” almasına yardımçı olduğunu öyrənə biləcəklər.

DisclaimerCreditsData ProtectionCopyright BASF SE 2008
BASFCC.Moss.Core.wsp 1.0.0.1 - S:37 T:18.05.2012 3:11:06