Search
Home >> Xəbərlər >> Təhlükəsizlik - bizim gündəlik həyatımızın əsasıdır
 

Təhlükəsizlik - bizim gündəlik həyatımızın əsasıdır 

BASF konserni öz müəssisələrində bədbəxt hadisələrin qarşısının almaq məqsədilə iş yerlərində təhlükəsizliyin möhkəmləndirilməsi üçün qlobal təşəbbüslə çıxış etmişdir.

20 iyulda Sumqayıt şəhərində BASF Kaspian YKS MMC zavodunda Rusiya və MDB üzrə BASF Biznes Mərkəzi'nin Azərbaycan bölməsində əməyin mühafizəsi ilə bağlı məsələlərdə işçi heyətinin mədəniyyətinin artırılmasına yönəldilmiş “Təhlükəsizlik Çempionları” adı altında tədbir keçirilmişdir. Bu sahədə ehtiyat tədbirlərinin uğurla tətbiq olunması üçün “uğur üçün 4 faktor” konsepsiyası (liderlik, sayıqlıq, müzakirə, əməkdaşlıq) hazırlanmışdır. Sözü gedən konsepsiyanın əsas ideyalarının daha tez qavranılması üçün bu 4 faktorun hər biri üçün loqotiplər hazırlanmışdır. Bu qərarın əsas fikri, rəhbərlik də daxil olmaqla hər bir əməkdaşda norma kimi qəbul olunacaq davranışın 4 formasını aşılamaqdan ibarətdir. İşlərin qaydasında getdiyi komandada rəhbərlik yalnız sözlə deyil, əməli ilə də təhlükəsizlik məsələlərinə özünün ehtiyatlı münasibəti ilə nümunə göstərir, əməkdaşlar isə öz səhvlərinin qiymətləndirilməsində sayıq və özünü tənqid edənlərdir, onlar susmurlar və səhvlərindən nəticə çıxarırlar, öz fikirlərini sərbəst bölüşürlər, problemlərin aradan qaldırılması üçün kollektiv şəkildə lazımi qərar vermək qabiliyyətinə malikdirlər – onu hazırlayanların rəyinə görə bu cür formula daha ideal hesab olunur.

   

 

Tədbirdə Rusiya və MDB üzrə BASF Biznes Mərkəzi”nin əməyin mühafizəsi və sənaye təhlükəsizliyi şöbəsinin rəhbəri cənab Oleq Boçkov və BASF Kaspian YKS MMC regional şirkətinin direktoru cənab Ümit Başdaş iştirak etmişdir. Tədbirin rəsmi hissəsini cənab Ümit Başdaş açdı. O, iştirakçıların diqqətini iş yerlərində təhlükəsizlik tədbirlərinə riayət olunmasının vacibliyinə və bu tədbirlərin ümumilikdə istehsal üçün və hər bir əməkdaş üçün necə əhəmiyyətli olduğuna yönəltdi.


 

Daha sonra söz ətraf mühitin, sağlamlığın və təhlükəsizliyin mühafizəsi üzrə əməkdaşı, Cəmilə Cəfərovaya verildi. O, böyük risklərə məruz qalan kimya sənayesi işçilərinin həyatında təhlükəsizliyin əhəmiyyətli rol oynadığını qeyd etdi, həmçinin iş yerlərində baş vermiş bədbəxt hadisələrin statistikasını tədbir iştirakçıları üçün nümayiş etdirdi. Misal üçün, 2009-cu ildə baş vermiş bədbəxt hadisələrin 10%-i pilləkənlərdən yıxılma təşkil etmişdir. Belə görünə bilər ki, çəpərlənmiş pilləkən adi haldır, lakin fərdi mühafizə vasitələrinin tətbiqi sahəsində əməyin mühafizəsinə dair sadə tələblərə riayət olunmaması adətən iş qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olur. Cəmilə Cəfərova deyir: “Təhlükəsizlik nəinki sənayedə, eləcə də bizim gündəlik həyatımızda çox vacib rol oynayır. Təhlükəsizlik çempionları kimi tədbirlər buna sübutdur”. Daha sonra o qeyd etdi ki: “Bu gün biz növbəti dəfə başa düşdük ki, təhlükəsizlik ikinci plana keçirilə bilməz. Axı işçilərimizin və cəmiyyətimizin sağlamlığı və həyatı bizim üçün hər şeydən üstündür”. Xanım Cəmilə Cəfərova daha sonra əlavə etdi ki: “Bizim ümumi işimizin uğuru təkcə satışların yüksək göstəricilərindən və keyfiyyətli məhsulların istehsalından asılı deyildir. Bütün bunların arxasında təhlükəsiz iş prosesi dayanır. Hər birimiz birbirimizin qayğısına qalmalıyıq. Biz öz səhvlərimizi gizlətməməliyik, əksinə, onlardan daha böyük hadisələrin qarşısının alınmasında istifadə etməliyik. Biz Təhlükəsizlik Çempionları tədbiri ilə kifayətlənməyəcəyik, bu cür tədbirlər davam etdiriləcək və təhlükəsizlik mövsuzuna hər zaman olduğu kimi xüsusi diqqət yetiriləcəkdir”.


 

Təhlükəsizlik Çempionları konsepsiyasının təqdimatından sonra əməkdaşlar tədbirin sərbəst hissəsinə keçdilər. İştirakçılar 4 komandaya ayrıldılar. Hər bir qrup qarşısında tapşırıqlar qoyuldu ki, bunlardan da bəziləri oyun formatında idi, bu da iştirakçıların simalarında həvəs və maraq əks etdirdi. Oyunlardan biri bağlanmış gözlərlə rəngbərəng kubikləri müəyyən olunmuş qaydada toplamaqdan ibarət idi. Lakin müəyyən qaydada toplamaq çətin olduğundan, təbii ki digər iştirakçının köməyinə ehtiyac duyuldu. Beləliklə, liderlik faktorundan istifadə olundu, qarşılıqlı köməyə və daha məlumatlı iş yoldaşına qeyd-şərtsiz inanmağa ehtiyac var idi.
 
  

 
Digər maraqlı oyun istehsalat işçilərinin iştirak etdiyi improvizasiya olunmuş səhnəcikdən ibarət idi. Ssenariyə əsasən avtokar gəlir, yükü boşaldır və gedir. Bu zaman pilləkənlə işçi düşür, o, yolunda heç bir maneə görmür, belə ki, əlində qutu daşıyır, büdrəyir və az qala yıxılır. Digər işçi ona yaxınlaşır, onun və sürücünün səhvini başa salır, bundan sonra onlar qəzanın qeydiyyatı üzrə yeni formanı birlikdə doldururlar ki, bunun da sayəsində gələcəkdə bu cür səhvlərin təkrarlanmasının qarşısını almaq olar.



Tədbirin sonunda bütün iştirakçılar "We are the champions" (Biz çempionlarıq) mahnısının sədaları altında öz imzalarını qoydular və “Təhlükəsizlik Çempionları” tortunu kəsdilər. 
 

DisclaimerCreditsData ProtectionCopyright BASF SE 2008
BASFCC.Moss.Core.wsp 1.0.0.872 - S:37 T:09.02.2012 13:27:13