Search
Home >> Xəbərlər >> WorldFood 2010
19.05.2010 

WorldFood 2010 

Heydər Əliyev adına İdman və Konsert Kompleksində regionda qida sənayesinin ən vacib hadisələrindən biri kimi xarakterizə edilən “WorldFood Azerbaijan 2010” 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi 19-21 may arası keçirildi. Bu sərginin ən sərfəli üstünlüklərindən biri – bütün regionda iqtisadiyyatın bu sahəsinin gələcəkdə də inkişaf etdirilməsi məqsədi ilə sənaye kompleksinin mütəxəssislərinin diqqətini cəlb etmək, qida sənayesi peşəkarlarının səylərini birləşdirməkdir.

Bu il “WorldFood Azerbaijan” sərgisində dünyanın 18 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Bolqarıstan, Latviya, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən 85 şirkət iştirak etdi.

 

BASF Caspian şirkəti ilk dəfə bu il bu sərgıdə iştirak etdi. Əsas diqqət  Ucrete – döşəmə sistemlərinə verilmişdir. Ümumiyyətlə, BASF Caspain şirkəti bir sıra yenı layihələr həyata keçirməyə planlaşdırır. Bu barədə “APA-Economics”ə şirkətin Baş direktoru Ümit Başdaş məlumat verib.

 

“Onların arasında aqrar sektor kimyası da ola bilər. Biz həmçinin ARDNŞ ilə görüşüb burada neft, qaz, neft-kimya sahələrində birgə layihələri, müasir texnoloqiyaların Azərbaycana gətirilməsi və s. məsələləri müzakirə etməyi planlaşdırırıq”, - Ü.Başdaş vurğulayıb.

 

Təmsil etdiyi şirkətin bu ildən Azərbaycan bazarına Neopor məhsulunu çıxarmağı planlaşdırdığını deyən Ü.Başdaş bildirib ki, tikinti sektorunda istifadə olunan bu məhsul yüksək izolyasiya təmin etdiyi üçün yayda istiliyi, qışda isə soyuğu mənzilə buraxmır: “Neopor BASF-ın məhsuludur. Biz bunun xammalını hazırlayır və Azərbaycana hazır gətiririk. Ancaq bu məhsulun istehsalı burada maraqlı olan şirkətlər tərəfindən həyata keçiriləcək”.   
         

 

 

 

 

DisclaimerCreditsData ProtectionCopyright BASF SE 2008
BASFCC.Moss.Core.wsp 1.0.0.872 - S:37 T:07.02.2012 21:11:27